57 yaşlı Xalq artistini görənlər gözlərinə inana bilmədilər - FOTO
Xalq artisti Məleykə Əsədova "Pilates" idman növü ilə məşğul olmağa başlayıb.
Aktrisa bu barədə sosial şəbəkə hesabında bildirib.
O idman zalında lentə alınan fotolarını izləyiciləri ilə bölüşüb. Əsədova şəkillərinə bunları da əlavə edib:
"Günümüz aydın və sağlam olsun! Ruh və bədən sağlamlıqı arzu edirəm
hər bir izləyicimə! İdman isə sağlamlıqdır. İnsanın ruhuna da təsir
edir! Könlümüzü, ruhumuzu gözəl niyyətlərlə saflaşdıraq. Həyatın bəxş
etdiyi hər bir gözəlliyi görə bilək! Ömür çox qısadır, Allahın bəxş
etdiyi ömrü neqativlərdən uzaq olub saf düşüncələrlə öz həyatımızı
yaşayaq!".
İzləyiciləri 57 yaşlı Xalq artistinin qüsursuz bədən qurluşuna
tərif yağdırıblar. "Bu yaşda bu cür gözəl və fit qalmaq", "Mən sizdeki
enerjiyə həsəd aparıram, məni tənbəllik basıb", "Hər il daha da
gözəlləşir. Aşiq olmamaq əldə deyil" kimi sözlər yazaraq Əsədovanın çox
bəyəndiklərini bildiriblər.
Məlumat üçün bildirək ki, "Pilates" alman əsilli Jozef Pilatesin
adı ilə bağlıdır. Onun bu idman növünü yaratmaqda məqsədi bədən, qamət
quruluşunun tənzimlənməsi olub. Pilatesdə əsas məqsəd onurğa
sağlamlığıdır. İnsanlar kompüter qarşısında oturur və onurğasında
skalioz, oynaq xəstəlikləri yaranır. Pilateslə bu problemlər öz həllini
tapır.