64410a139b8ee202304234659

"52 yaşımda boşanıb neyləyəcəyəm?" - Nadir Qafarzadə

“Baxıram ki, ahıl yaşında boşanırlar və deyirlər ki, insan həyatını yaşamalıdır. Həyatın bitib, nə yaşamaq!? Sevginin də həddi var”.

OLAY yazır ki, bu sözləri müğənni Nadir Qafarzadə “Səhər mərkəzi” proqramında qonaq olarkən deyib.  Sənətçi ailəsi dağılanlar barədə danışıb, yaşlı nəslin boşanmalarını qınayıb: “52 yaşımda boşanıb neynəyəcəyəm? Biz birlikdə addımlamalıyıq. Dədə- babadan belə görmüşük, adət- ənənəmiz bu cürdür. O, bakılı qızı, mən isə dağlı. Bizdə çərçivələr olub və olacaq. Siz nə qədər bizi müasirliyə aparsanız da, öz adətimizdən çıxmayacağıq. Camaat özü bilər, biz niyə abır- həyamızdan çıxaq?

Elə “müasirlikdir” deyib bütün həyatımızı yaşamalıyıq? Hansı həyatdan söhbət gedir? Həyat ailədə gözəl olur, biləsiniz. Ailə yoxdursa, həyat yoxdur! Kimə lazımdır “bayquş”luq? Təklik Allaha məxsusdur”.

20.04.2023 13:46
show 1513