ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramının ötən günkü buraxılışında maraqlı anlar yaşanıb.
Qlobal.net xəbər verir ki, Ruhəngiz adlı xanım evlənmək üçün proqrama müraciət edib.
Qadın ilk həyat yoldaşı içki düşkünü olduğu üçün ondan ayrılıb.
O, "Elgizlə izlə" verilişində Bəxtiyar adlı bəylə ailə qurmaq istədiyini deyib.
Ruhəngizin 51, Bəxtiyarın isə 32 yaşı olduğundan onun bu istəyi aparıcıları və studiyadakı tamaşaçıları təəccübləndirib. (publika)