photo_57930258
51 yaşlı kişi iki şəxs tərəfindən döyülərək BIÇAQLANDI

Neftçalada 51 yaşlı kişi bıçaqlanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Neftçala şəhərində baş verib.

Şəhərin 6-cı məhəlləsinin sakini, 1971-ci il təvəllüdlü Əsgərov Elnur Camal oğlu bədəninin müxtəlf hissəsinin kəsilmiş-deşilmiş yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O bildirib ki, tanımadığı iki şəxs tərəfindən əvvəlcə döyülüb, sonra bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

27.03.2022 23:14
300