Şou-biznes

50 min versələr öpüşərəm – Cəmilə

Aktrisa Cəmilə Tağızadə Baku.ws-in suallarını cavablandırıb.

– Serialların verdiyi qonorar sizi qane edir?

– Bəli, normaldır. Çoxları bizi Türkiyə ilə müqayisə edir, amma bu düzgün yanaşma deyil. Türkiyə ilə biz hələ eyni səviyyədə deyilik. Vaxt gələcək eyni səviyyədə olacayıq, amma hələki eyni səviyyədə deyilik. Bizdə maddi baxımdan vəziyyət aşağıdır.

– Bunun səbəbi nədir?

– Bunun səbəbi sponsorlardır. Kifayət qədər maliyyələşdirmirlər. Maliyyə olsa inanın ki, bizim aktyorlarımız çox istedadlıdırlar. Bizdə çox bacarıqlı rejissorlar var. Deyirlər ki, bizdə aktyorların rolları sünidir. Əzizlərim, süni deyil, həmin aktyorun, həmin aktrisanın üzərində işləmək lazımdır. Ona obrazını düzgün başa salmaq lazımdır. Kastinq zamanı obrazına uyğun seçmək lazımdır. Əgər hər hansısa bir aktyor müəyyən bir qonorar tələb edirsə o bilir ki, o obrazın öhdəsindən gələcək. Həmin obraza görə seçdiyin aktyora da istədiyi məbləği verməlisən. Bizdə amma belə deyil. Bizdə necə olur. Peşəkar bir aktyor dəvət olunur, hansı ki, o rolun öhdəsindən gələ bilər və həmin obraza da tam uyğundur. Aktyor öz məbləğini deyir. Yüksək məbləğdirsə razılaşmırlar. Həmin aktyor uzaqlaşdırlır, gedirlər qat-qat aşağı qiymətə çəkilə biləcək bir insan tapıb çəkirlər. Ona görə də bizim seriallarımız və  filmlərimiz bərbad vəziyyətdədir. 65fedcd8e7a9f202403244456 50 min versələr öpüşərəm – Cəmilə

– Bəzi aktyorlarımız, aktrisalarımız Türkiyədə filmlərə, seriallara çəkilirlər. Sizin necə planınızda var Türkiyədə hər hansısa filmə, ya da seriala çəkilmək?

– Mən məmuniyyətlə gedərdim. Amma təəsüf ki, mən Könül Nağıyeva kimi çoxlu dil bilmirəm. Səhv etmirəmsə o 5 bilir. Türkcəni də çox mükəmməl öyrənib. Mən bilmirəm deyə düşünürəm çətin alına. Amma Azərbaycandan kənarda böyük layihələrdə yer almaq mənim də arzumdur.

– Təklif olunsa açıq-saçıq səhnəyə çəkilərsiniz?

– Mənə təklif olunub, sadəcə qonorar çox aşağı olduğu üçün qəbul etməmişəm. Bildirdim ki, bir öpüş səhnəsinə çəkilmək üçün ən azı  50 min manat qonorar almalıyam. Ondan aşağıya çəkilmərəm. Mən dediyim qonorarı mənə heç kim verməz. Aşağı qonorara razı olub çəkilmək istəyən bəzi qızlarımız var ki, özlərini reklam etmək xatirinə çəkilirlər.

– Tanınmış qadınlar hər zaman diqqət mərkəzində olduqları üçün bəzi şəxslərin də maraq dairəsində olurlar. Onlara bəzi təkliflər edirlər. Sizə də elə təkliflər gəlib?

– Bəli, gəlib, yox demişəm. Hə desəydim indi mən də bahalı avtomobil sürürdüm. (gülür) Mən dəstəkləmirəm elə şeyləri.

– Sənətinizi ailənizə qurban verərsiniz?

– Bəli. Çünki ailə əsasdır. Ailəni heç nəyə qurban vermək olmaz. Amma yaxşı ailə. Mən gərək elə bir insanla ailə qurum ki, onun o qədər xoşbəxt olum ki, o sənət boşluğunu hiss etməyim, heç yadıma da düşməsin.

– Həmkarınızla ailə qurarsınız?

– Yox, istəmirəm. Ümumiyyətlə incəsənət adamı ilə ailə qurmaq istəmərəm. Həm də bir az qısqanclıq hissim var, bəzi şeyləri qəbullana bilmərəm. Bundan başqa maddi tərəfi də var. Bildiyiniz kimi aktyorların maaşı, qonorarı çox azdır. Məni, övladlarımı təmin edə, ehtiyaclarımızı ödəyə bilməz deyə düşünürəm. Azərbaycanda da aktyorun maaşı ilə dolanmaq olduqca çətindir. 65fec438307c7202403245952 50 min versələr öpüşərəm – Cəmilə

– Cəmilə Tağıyeva üçün yaşın fərqi var?

– Yaşın fərqi, hə var. Məndən yaşda böyük ola bilər, o da maksimum 10 yaş. Ancaq yaşda balaca yox, istəmirəm. Amma nədənsə həmişə məni yaşda kiçiklər sevir. (gülür)

Related Articles

Bir cavab yazın

Back to top button