Ölkədəki həkimlər və qlobal səhiyyə rəsmilərinə görə, Konqo Demokratik
Respublikasında naməlum xəstəlik 50-dən çox insanın ölümünə səbəb olub.
Qlobal.net bildirir ki, Regional monitorinq mərkəzi olan Bikoro Xəstəxanasının tibbi
direktoru Serj Nqalebato Associated Press-ə (AP) bildirib ki, əksər hallarda
simptomların başlaması ilə ölüm arasındakı vaxt 48 saat təşkil edir.
Mərkəzi Afrika ölkəsinin şimal-qərb hissəsində son epidemiya yanvarın 21-də
başlayıb. O vaxtdan bəri 419 hadisə, o cümlədən 53 ölüm qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika ofisinin məlumatına görə,
Boloko şəhərində ilk epidemiya üç uşağın yarasa yeməsi və hemorragik qızdırma əlamətlərindən
sonra 48 saat ərzində ölməsi ilə başlayıb.
Vəhşi heyvanların tez-tez yeyildiyi yerlərdə xəstəliklərin heyvanlardan
insanlara keçməsi ilə bağlı narahatlıqlar uzun müddətdir var idi.
Keçən il Konqo Demokratik Respublikasının başqa bir bölgəsində çox sayda
insanın ölümünə səbəb olan sirli qripə bənzər xəstəliyin ağır malyariya olduğu
müəyyən edilmişdir. Bundan əlavə, ölkə hazırda meymun çiçəyi (mpox) xəstəliyinin
yayılması və Ruandanın dəstəklədiyi üsyançılarla davam edən münaqişə ilə
mübarizə aparır.
Səbinə
Qlobal.net