imtahan
5 min müəllim nəyə ÜSYAN EDİR? - ŞOK SERTİFİKASİYA İTTİHAMLARI

İmişli rayonu Aranlı kəndi Yusif Sadatxanov adına 1 saylı məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva TV Musavat-ın redaksiyasına gələrək, şikayətlənib.

O, 2023 və 2024-cü illərdə keçirilən müəllimlərin sertifikasiya imtahanları zamanı saxtakarlığa yol verildiyini iddia edib.

Onu da xatırladaq ki, ölkədə 4 mindən çox müəllim sertifikasiya imtahanında keçid balını toplaya bilməyib. Həmin müəllimlərin müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.

Leyla Nəcəfquliyevanın ittihamları ilə bağlı Elm və Təhsil Nazirliyi açıqlama verib.


Ətraflı

Sosial mediada paylaş

Qarabağ Universitetində neçə tələbə təhsil alacaq? 

qarabag-universitetinde-nece-telebe-tehsil-alacaqnbsp-172452083024.08.2024-23:43||

İlk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq.

Universitetdən Mili.Az-a bildirilib ki, tələbələrdən 980-ni I-IV ixtisas qrupları (o cümlədən birinci qrup üzrə 290, ikinci qrup üzrə 330, üçüncü qrup üzrə 330, dördüncü qrup üzrə 30 tələbə) üzrə, 124 nəfəri xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupu üzrə qəbul olub.

Qeyd edək ki, 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub. Ümumilikdə, ilk tədris ilində universitetinin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.

Sosial mediada paylaş

Footer logoBütün hüquqlar qorunur - 2024
25.08.2024 09:01
show 284