Cəmiyyət

5 il bağlı qalan “Ayşən hadisəsi”nin gizlinləri – Dəhşətli TƏFƏRRÜAT

Bəzi cinayətlər var ki, onların illərlə bağlı qalmasında heç bir ciddi bir səbəb tapmırsan. Məsələn, indi söz açacağımız hadisəbib səbəbkarı illər əvvəl efirdə ağız büzdüyümüz aparıcılardan biri tərəfindən deyilmişdi.

Qlobal.net xəbər verir ki, bununla yanaşı, yenə də hadisənin üstü hüquqi müstəvidə açılmırdı. Düzdür, iddia etmək, fərziyyə yürütmək çox da çətin iş deyil. Əsas məsələ sübut, dəlil göstərməkdir. Amma bununla yanşı, özünüz də bu işlə tanış olduqda razılaşacaqsınız ki, bu cinayət işinin üstünün illərlə bağlı qalmasında subyektiv səbəblər də az deyil.

Başlayaq…

İlk olaraq o qızın sevgi məktubundan start götürək. Bəri başdan qeyd edim ki, bu məktub istintaq materialıdır, uydurma deyil:

“Allahım, Askaya kömək ol, onu itirməkdən qorxuram… Allahım, hamıya kömək ol, mən də onların içində… Allahım, Askaya kömək ol. Mən öz ürəyimi ona verdim. Onu çox sevirəm. Yəqin ki, o da məni sevir”.

Əslində sevginin də ən çətin yönü də budur ki, sən öz ürəyini kiməsə verəndə, onun səni sevib-sevmədiyini bilmirsən. Sən sevirsənsə, gözün başqa heçnəyi görmür…

Romantik başladıq. Amma bəhs edəcəyimiz mövzu tükürpədicidir. Belə ki, 2017-ci il yanvarın 28-də Daxili İşlər Nazirliyinə 1999-cu il təvəllüdlü Qəhrəmanova Ayşən Namizəd qızının səhər saatlarında evdən çıxdığı, geri qayıtmadığı barədə məlumat daxil olur. 2017-ci ilin dekabrında qəsdən adam öldürmə maddəsilə cinayət işi açılır, lakin iki il istintaq aparılır, lakin təqsirləndirilən şəxslər müəyyən edilmədiyindən cinayət işinin icraatı dayandırılır. Bu arada 7 fevral 2019-cu ildə “Səni axtarıram” verilişində Ayşənin meyitinin tapılması ilə bağlı efirdə məlumat gedir. Həmin vaxt Ayşənin anası Məleykə Qəhrəmanova da efirdə idi. Telefon bağlantısı ilə verilən məlumata görə, Ayşənin ötən il Bakıda “moyka”nın yanında meyiti tapılıb.

Bildirilir ki, qızın meyiti basdırılmış yerdən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib. Lakin bu məlumatdan sonra prosesdə rəsmi bir dəyişiklik gözə dəymir.

Davamı videomaterialda:

Related Articles

Bir cavab yazın

Back to top button