6332a2b335ad1202209221355
44 günlük müharibənin ildönümündə 44-cü qazi intihar etdi

Əslən Cəbrayıldan olan qazi Firudin Ceyhun oğlu Firudinli bu gün özünü asaraq intihar edib.

Qlobal.net Yenipress.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

O, "Cəbrayıl, Xocavənd və Füzulinin azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdu.

Qeyd edək ki, bununla da intihar edən qazilərimizin sayı 44-ə çatıb.

Xatırladaq ki, bu gün 44 günlük Vətən müharibəsinin ildönümüdür.

27.09.2022 11:11
show 618