64292bbcdc0e4202304231612

43 yaşlı kişi qızı aldatdı: "Əvvəl alça verdi, sonra yataq otağında..." - TƏFƏRRÜAT

İsmayıllı rayonunda 1979-cu il təvəllüdlü Sakit qonşusu və həmkəndlisi Bahara (adlar şərti verilib - red.) təcavüz edib.

Qlobal.net Teleqraf.com-a istinadən bildirir ki, Sakit qonşusunun qızı, 2015-ci il təvəllüdlü Baharın küçədə tək olduğunu görüb. O, ətrafda heç kimin olmamasından istifadə edərək cinsi ehtirasını təmin etmək məqsədi ilə Bahara həyətindəki meyvə ağacından alça verəcəyi adı ilə həyətə gətirib.

Sakit qıza alça verdikdən sonra ona çay içəcəkləri adıyla evin yataq otağına aparıb. O, özünün qeyri-normal cinsi ehtirasını təmin etmək məqsədi ilə qızı çarpayıya uzadıb, əynində olan paltarlarını çıxarmaq istəyib.

Baharın ağladığını gördükdə kənardan səsin eşidilməməsi üçün əlləri ilə onun ağzından tutub. Zor tətbiq edərək əynindəki şortiki aşağı çəkib. Qızın üzərində iyrənc hərəkətlər edərək cinsi ehtirasını təmin edib.

İstintaq orqanı tərəfindən Sakitin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sakit ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1 iyun 2022-ci ildə saat 19.30-da yaşadığı evdə tək yemək yeyib, yarım litr araq içdikdən sonra yaşadığı həyətin giriş qapısına çıxıb: "Bu zaman azyaşlı qonşumuz Baharı gördüm. Onunla salamlaşdım. Bahar məndən alça istədi. Onun əlindən tutdum, birlikdə yaşadığım həyətə daxil olduq. Mətbəxdən sellofan torba götürdüm və həyətə düşdüm. Bahar isə həyətdə məni gözlədi.

Torbaya alça yığıb Bahara verdikdən sonra ona çay içməyi təklif etdim. Əvvəl Bahar buna etiraz etsə də, sonradan razılıq verdi. Birlikdə evə qalxdıqdan sonra özümün dəmir çarpayım və televizorumun olduğu yataq otağına daxil olduq.

Baharın əlindəki aça olan torbanı stolun üstünə qoyduqdan sonra onu yatağın üzərinə uzatdım. Sonra Baharın əynində olan şortikini və alt paltarını ayaqlarına qədər aşağı çəkdim".

Təqsirləndirilən şəxs ifadəsinin bu yerində azyaşlı qıza qarşı etidiyi iyrənc hərəkətləri çırpaqlığı ilə danışıb. Qeyd edib ki, iyrənc hərəkətlərini başa çatdırdıqdan sonra Bahar çarpayıdan yerə düşüb, paltarlarını geyinib:

"Gedərkən alça olan sellofan torbanı Bahara verdim. Bahar ağlaya-ağlaya getdikdən təxminən 15-20 dəqiqə sonra küçəyə çıxdım. Əmimoğlunun yaşadığı ünvana getdim. Törətdiyim əməli spirtli içkinin təsiri altında etmişəm. Əməlimdən peşmanam".

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Baharın sözlərinə görə, iyunun 1-də saat 19.30-da yaşadığı həyətin giriş qapısında olarkən qonşusu Sakit onu həmin yerdə görüb: "Məni evlərinə dəvət edərək alça verməyi təklif etdi. Birlikdə onun yaşadığı həyətə getdik. Sakit mənim üçün torbaya ağacdan alça yığdı. Daha sonra evdə çay içməyi təklif etdi. Ona evimizdə çay olduğunu bildirsəm də, Sakit təkid etdi.

Əlimdən tutaraq birlikdə evə qalxdıq. Yataq otağına daxil olduq. Evdə Sakit əlimdə olan alça torbasını aldı və stolun üzərinə qoyduqdan sonra məni yatağın üzərinə uzatdı. Orada əynimdə olan şortikimi və alt paltarımı ayaqlarıma qədər aşağı çəkdi".

Zərərçəkmiş də ifadəsinin bu hissəsində Sakitin ona qarşı etdiyi iyrənc hərəkəti çılpaqlığı ilə danışıb: "Sakit məni yatağa uzadarkən ağlamaq istədim. Əli ilə ağzımdan tudu, cinsi tələbatını ödədi. Bundan sonra öz paltarlarını geyindi. Mən də çarpayının üzərindən yerə düşdüm və paltarlarımı əynimə geyindim. Sakit mənə heç kimə heç nə deməməyimi, əks halda məni öldürəcəyini dedi.

Yaşadığım evə gedərkən alçalar olan torbanı da mənə verdi. Torbanı götürüb evimizə yollandım. Anamı görəndə baş verənləri ona danışdım. Az müddət sonra anam məni hamama apardı, çimizdirdi və əynimdə olan paltarları yudu".

İş üzrə şahid qismində ifadə verən azyaşlının anasının sözlərinə görə, iyunun 1-də saat 19.30-da yaşadığı azyaşlı qızı Bahar ağlaya-ağlaya evə gəlib: "Qonşumuz Sakitin onu həyət qapısının qarşısında gördüyünü, alça vermək bəhanəsi ilə evinə apardığını, iyrənc hərəkət etdiyini dedi. Şoka düşüdüm, qızımın əynində olan paltarlarını çıxardlm, yudum və onu çimizdirdim. Hadisə barədə ərimə məlumat verdim. Ərizə ilə bu barədə polis şöbəsinə müraciət etdi".

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sakit 11 il müddətinə azadlıqdan məhrum edilib.

02.04.2023 11:15
show 7048