balta
40 yaşlı qadından atasına qarşı QANDONDURAN CİNAYƏT: əvvəl çəkiclə başından vurdu, sonra da...

Rusiyada, Bryansk vilayətində 40 yaşlı rusiyalı qadın yaşlı atasına qarşı amansız hərəkətlərdə şübhəli bilinib.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, dekabrın 7-də Kletnya kəndindəki fərdi yaşayış evində cinayətin qurbanı qızı ilə münaqişə edib ki. Münaqişə ilk olmayıb. Ama bu dəfə faciə ilə bitib. Qarşılıqlı ittihamlardan sonra qadın əvvəlcə atasının başına çəkiclə bir neçə zərbə endirib, yıxılanda isə bıçaq və baltanı götürərək qurbanın başını bədənindən ayırıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ("Qətl") ilə cinayət işi açıb. Qətllə bağlı araşdırma aparılarkən qadın saxlanılaraq istintaq təcridxanasına göndərilib.

13.12.2022 19:38
show 1487