tiktok
BİABIRÇILIQ: 4 uşaq anası 15 yaşlı oğlanla qaçdı - "Tiktok"da tanış olubmuş (VİDEO)

Türkiyənin Kahramanmaraş bölgəsində qəribə hadisə baş verib.

23 yaşlı 4 uşaq anası Gülizar Akbulut "TikTok"da tanış olduğu Şahin adlı 15 yaşlı yeniyetmə ilə qaçıb. 

Həyat yoldaşını tapmaq üçün ATV kanalında yayımlanan Esra Erolun verilişinə qatılan Gülizar Akbulutun əri Həsən  Akbulut boşanaraq uşaqlarının himayəsini almaq istədiyini bildirib

Gülizarla evliliyindən 5, 4, 2 yaşlarında və 6 aylıq uşağı olan Hasan Akbulut "Qəza keçirdim və bir müddət xəstəxanalarda qaldım. Bu müddətdə həyat yoldaşım uşaqlarımı qoyub evdən qaçdı" deyib. 

Canlı yayıma qoşulan 15 yaşlı Şahinin atası isə Gülizar Akbulutun da yanlarında olduğunu, istəsələr imam nikahı edə biləcəklərini deyib.

Eşitdiklərindən şoka düşən Esra Erol "Qaçdığın şəxs yeniyetmədir. Xəbərin varmı? Yetkinlik yaşına çatmamış biridir" deyib. Gülizar isə "Evdəki ərimdən yaxşıdır. Şahinlə "TikTok"da tanış olduq" deyib. (32gun.az)


16.11.2022 20:01
923