37 yaşlı kişiyə nişanlandırılan 13 yaşlı qızla bağlı yeni xəbər -VİDEO
Ötən gün özündən 24 yaş böyük dul kişi ilə nişanlandırılan qızdan yeni xəbər var.
13 yaşlı qız və bacısı ailədən alınacaq.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi
Həsən Əliyev "Xəzər Xəbər"ə bildirib ki, artıq ailə ilə söhbət edilib.
Baş tutan nişan pozulub.
Komitə rəsmisinin sözlərinə görə, ailə Dövlət Qurumları tərəfindən nəzarətdə saxlanılacaq.
Daxili İşlər Nazirliyindən isə bildirildi ki, bu gün ailə ərazi üzrə 12-ci polis bölməsinə çağırılıb, müvafiq izahatlar alınıb.
5 il ərzində məktəbə getməyən şagird ilə bağlı 213 nömrəli tam orta
məktəbin direktoru Səbinə Əliyeva isə deyib ki, uşağın təhsildən
yayınması ilə bağlı valideyni ilə dəfələrlə əlaqə saxlanılsa da, heç bir
müsbət nəticə əldə olunmayıb.
Bununla bağlı Sabunçu Rayon Polis İdarəsinə və Rayon İcra
Hakimiyyətinin nəznində yaradılmış Yetkinlik Yaşına Çatmayanların İşləri
və Hüquqlarının Müdafiəsi Komissiyasına məlumat verilib.
Sabunçu Rayon Polis İdarəsindən məktəbə verilən cavabda bildirilib
ki, şagirdin ailə üzvləri ilə əlaqə saxlanılıb, profilaktik söhbət
aparılıb, təhsildən yayınmanın aradan qaldırılması barədə xəbərdarlıq
edilib. Lakin bütün bunlara baxmayaraq şagirdin təhsildən yayınması halı
davam edib.
Sonda Sosial Xidmətlər Agentliyindən bildirildi ki, artıq 13 yaşlı
qız azyaşlı bacısı ilə birlikdə sosial xidmət müəssisəsinə
yerləşdirilib. Orada uşaqlara sosial-psixoloji və digər xidmətlər
göstəriləcək.