67814e5aefcf5202501254410

36 yaşlı hakimin qəfil ölümünün TƏFƏRRÜATI - FOTO

Bu gün səhər saatlarında Qax Rayon Məhkəməsinin hakimi Taleh Kərimov qəfil vəfat edib.

“Qafqazinfo” 36 yaşlı hakimin ölümünün bəzi təfərrüatlarını əldə edib.

Məlumata görə, səhər saatlarında mənzilində duş qəbul edən T.Kərimovun dəm qazından halı pisləşib və hamamda yerə yıxılıb. Hamam otağından çıxmağı bacaran gənc hakim digər otaqda divanda keçinib.

Qeyd edək ki, Taleh Kərimov daha öncə uzun müddət Ağdaş rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində çalışıb. O, 2023-cü ilin mayından Qax Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyirdi.


10.01.2025 20:43
show 87