"Yubileyim haqqında 3 saatlıq bədii sənədli film təqdim
olunacaq. Yaxın günlərdə filmin prezentasiyası baş tutacaq. Filmin adı
“Flora”dır".
Qlobal.net xəbər verir ki, bunu “Unikal”a
açıqlamasında xalq artisti Flora Kərimova deyib. Müğənni bildirib ki,
hazırda nəvəsinin yolunu gözləyir: “Sentyabrda qızım və onun ailəsi gələcək. Oğlumdan iki böyük nəvəm
var. Böyük nəvəm Faiqin azərbaycanlı qızla evlənməsini
istəyirəm. Qızımdan olan balaca nəvəm isə dörd aylıqdır. Səbrsizliklə
onun yolunu gözləyirəm. Bütün günü onun şəkili ilə oynayıram. İlk
nəvələrimi oğlumdan görmüşəm, bu da ahıl yaşıma düşdü. Azərbaycan
dilini, musiqisini eşidən kimi, sevinir. Qızım deyir ki, bu müğənni
olacaq. Düzü, mən qızımın müğənni olmasına icazə vermədim, ancaq
nəvəmin müğənni olmasında dəstək olacam".
Xalq artisti həmçinin müğənni Afət Fərmanqızı və jurnalist
Ülviyyə Alovlu tərəfindən verilmiş şikayətləri məhkəmə tərəfindən
əsassız hesab edərək icraata qəbul etməsindən də danışıb: “Bu qız (Afət Fərmanqızı – red.) başıma bəla oldu. Onu
məhkəməyə dəvət etdilər, lakin gəlmədi. Sonda Afəti axtarışa verdilər.
Şikayətçi deyilsən? gəl, görək də nədir dərdin? Səni qanun çağırır
ki, gəl, gəlməlisən. Demirsən Flora pis adamdır, gəl sübut elə.
Qorxursansa, sübut edə bilmirsənsə, dilini sakit saxlayardın. Evini,
maşını, məclislərini atıb gedib Rusiyaya. Allah bilir indi o, Rusiyanın
hansı ucqar şəhərdindədir. Eşitdiyimə görə, çətin dolanır. Məncə ola
bilər, özgə ölkədə qazancı yox, haqışta deyə-deyə Rusiyada nə
qazanacaq? Mən deyilənlərə inanıram. Çünki xaricdə yaşamaq, dolanmaq
çətindir. Onun bu halına ürəyim yanır. Həyatına qiymət verməyən
qadınlara ürəyim yanır. Yazığım gəlmir, sadəcə ürəyim yanır. Axı, sən
bunu eləməyə bilərdin. Bir müddət mən onun dediklərinə susdum.
Dedim, anadır, qadındır anlayar. Bəlkə mənim sakit münasibətim onu
pıçıldadıkı, Flora partlayanda bərk partlayır. Bunların heç
birini nəzərə almadı. Ondan sonra dedim ki, qoy məni məhkəməyə versin.
İndi vermisən məhkəməyə. İşlər başlayan kimi qaçdın. Məndə sənin
sözündən çıxmadım, sənin ürəyindən keçəni həyata keçirdim.
İndi məhkəməyə niyə gəlmirsən, cavab vermirsən. Cavab ver, sonra
da qanun nə yazsa, qismətini yaşa. Sonra da ölkəni rahat şəklində gəz.
O, mənim səssizliyimdən istifadə etdi. Sənə nə olub? Özündə
yaxşı bilirsən ki, yalan danışırsan, Orada-burada neçə dənə nakout
açdırır, söydürür. Tək məni deyil, sənət dostumuz Nazənin
xanımı söydürür. Bunu niyə edirsən? Bizimlə nə işin var. Nazənin
xanımla dostluq elədi, paltarını geyindi, yaxın oldu, onun evinə
getmisən və qürurla deyirdi ki, evli xanımla dostluq edirəm. Getdiyim
yer elə-belə yer deyil. Sonra da başlayırsan arxasıyca danışmağa. Burada
yanan sənsən, yediyin çörəyə tüpürdün. Mən sənə nə pislik etmişəm?
“Nəsimi” ni elə oxumazdı. Mənim bir musiqiçi kimi ixtiyarım, nüfuzum
var ki, buna münasibət bildirim. Mən bu millətin xalq artistiyəm. Bu
ad hər hansı bir mahnıya fikir bildirməyə ixtiyar verir. Sən isə
mənə dişinin dibindən çıxanı deyirsən. Bilmirsən ki, dediklərinin
arxasında dayanmaq lazımdır? Mənim övladlarım var, həmişə deyirəm ki,
bir evin oğlu var, gəlini –qızı var, nə vaxta kimi mən susum?!
Çox gözləyirlər ki, mən bu dünyadan köçüm, o dərdi, ağırlığı, təhqirləri
övladlarıma saxlayım? Xalq övladlarına mal-mülk, ziynət qoyur mən isə
söyüş qoyum? Elə şey olar, özü də mənim kimi ana. İndiyə kimi bu ad
üçün mübarizə aparmışam. 30 yaşında kişiləri evinə salır, özü bilir ki,
nələrdən çıxır. Utanmırsan?! Mən sənə bunu bağışlayaram?
İndi haradasa gedir parkda gəzir, hansısa heyvan heykəlinin başında
oturub yazır ki, “Aparın məni Azərbaycana”. Sən Azərbayacana gələ
biləcəksən? Gəlsəndə cavab verməlisən. Qanunla nə deyirlər, onu burada
icra elə, yatmaq lazımdır get yat, durmaq lazımdır dur qanun nə desə
odur. O, boyda söyüşlərə qanun nə qərar versə onu da et. Sonra da
həyatını yaşa. Kim sənə nə deyir. Ancaq bir adam haqqında danışarkən
düşünmək lazımdır".