zəlzələ
30 gün öncə göründü - "Qiyamət balığı" son işarəni verdi - FOTOLAR

Zəlzələnin xəbər verilməsi və ya öncədən təxmin edilməsi illərdir araşdırma mövzusudur.

Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, bəzi canlılar 2 min 500 ildən artıqdır ki, adıyla belə artıq fəlakətin baş verəcəyini xəbərdar edirlər. Eyni ilə yaponların qorxulu röyası "Qiyamət balığı" kimi.

Çox adam Günəş tutulması ya da Ay tutulması sonrasında zəlzələ olduğu ilə bağlı inancı bu günə kimi təsdiqini tapmayıb. Bir yad planetin yerdə seysmik aktivliklə əlaqəsi hər hansı bir sübuta sahib deyil.

Ancaq orta məktəbdən etibarən öyrəndiyimiz bəzi şeylər var. Qarışqa yuvaları, it ulamaları, pişikləri qoxu duymalarısayəsində dəyişən atmosferik tarazlığı aşkar etməsindən də köhnə bir üsul mövcuddur.

"Qiyamət balığı" ya da "zəlzələ balığı" deyə adlandırılan bu nazik uzun balığın bəzi böyük zəlzələlərin xəbərçisi olduğuna inam çoxdur. Üstəlik bu inanc günümzdən min illər əvvələ gedib çıxır. 

Təqvim 3 aprel 2024-cü ili göstərirdi.

Səhər saat 07.58-də Tayvanda başverən 7.4 bal gücündəki zəlzələ nəticəsində 10 nəfər dünyasın dəyişdi.

Bu hadisədən düz 30 gün əvvəl dənizdə sahilə yaxın bir yerdə balıqçılar tərəfindən "qiyamət balığı" aşkar edilib. Səndemə yapon mifologiyasında qeyd edildiyi kimi, zəlzələlərin "müjdəçisi" olan bu balıq 1 ay əvvəl sonrakı günlərdə baş verəcəklər barədə xəbərdar etmək üçün 250-1000 metr dərinlikdən suyun üzünə çıxıbmış.

07.09.2024 07:23
show 488