Cəmiyyət

30 fərqli kişi adı və mənaları

Uşağa fərqli və seçilən ad qoymaq valideyn üçün mühüm addımdır.

Qlobal.net sizə 30 fərqli kişi adı təqdim edir:

Balamir – Bala və Əmir; balaca Əmir, kiçik Əmir.
Balamirzə – Bala və Mirzə; balaca Mirzə, kiçik Mirzə.
Balaoğlan // Baloğlan – balaca oğlan, kiçik oğlan.
Balarza – “bala” (kiçik) və “Rza” (razılıq; səkkizinci imamın adı) sözlərindən düzəlmiş, “kiçik Rza” deməkdir.
Balasadıq – bax: Bala və Sadıq; balaca Sadıq, kiçik Sadıq.
Balasar  – bala şahin, kiçik başçı; uca, məğrur.
Balaş – “bala” və tərkibində “bala” sözü olan adların əzizləmə forması.
Balaşad – “bala” və “şad” (varislik hüququ olan xan oğlu) sözlərindən düzəlmiş, “kiçik varis” deməkdir.
Balaşir – balaca şir, kiçik şir; igid, qoçaq.
Balaşirin – bala şirindir, şirin bala.
Balatürk – balaca türk, kiçik türk.
Balaverdi – Allah bala verdi. Tanrı övladi bəxş etdi.
Balay – balaca Ay; balaca kişi; bal kimi şirin Ay – oğlan.
Balayar  – kiçik dost, balaca dost.
Balazaman –  Bala və Zaman; balaca Zaman, kiçik Zaman.
Balazər – qızıl kimi parlaq; işıqlı və gözəl oğlan.
Bamsı – qartal, tərlan, yırtıcı quş.
Baran – yola düşən, gedən, yola qoyulan; sərrast, cəld; güclü, qüvvətli; yağış, yağmur.
Barat  – göndərilən pul, bağlama (poçtla); qəbz, vəsiqə.
Baratalı // Baratəli  – bax: Barat və Əli; Əli tərəfindən göndərilən.
Barxudar // Bərxudar  – arzusuna yetişən, xoşbəxt; xeyir görən.
Barış – qədim t. “Bars” (boz qurd) adının dəyişdirilmiş forması; sülh, atəşkəs, barışıq.
Barig, Barigə // Barixə // Barikə  – parıltı, işıldama, bərq vurma; şəfəq, şimşək.
Bariz  – açıq, aşkar, aydın, bəlli, zahiri.
Basar // Basat – basıb-əzirən, üstün gələn, qalib olan, zəfər qazanan.
Başxan – əsas xan, böyük xan, hörmətli xan.
Başkan // Başqan – bir idarə və təşkilatın rəhbəri, başçısı, rəisi və s. (“kan” və “qan” “xan” sözündən yaranmışdır).
Batı – qərb, günbatan (Buryat dilində: sərt, möhkəm, düzəmlik).
Batıxan – “batı” (qərb, günbatan) və “xan” sözlərindən düzəlmiş və “qərb və ya günbatan xanı” deməkdir. Çingiz xanın nəvəsi Batı xanın adından yayılmışdır.
Bayandır // Bayandur – varlı, zəngin; qədim türk qəbilələrindən birinin adı.

Mənbə: Aydın Paşayev, Alimə Bəşirova – Azərbaycan Şəxslər Adlarının İzahlı Lüğəti.

Fidan Məmmədli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button