637b963fdd1b1202211221615
30-dan çox qadını zorlayan cinayətkar görün necə tapıldı

Avstraliya polisi Sidney şəhərətrafı qəsəbələrində 16 il ərzində qadınları zorlayan şəxsi müəyyən edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Bondili heyvan” ləqəbli cinayətkar 37 il cəzadan yayınmağı bacarıb. O, 1985-2001-ci illər arasında ən azı 31 zorlama törətməkdə şübhəli bilinir.

Hücum zamanı ən gənc qurbanın 13 yaşı olsa da, qurbanlar arasında 55 yaşlı qadın da olub. Hadisəni törədən şəxs parklarda idman edən qadınlara dəfələrlə təcavüz edib, lakin bəzən evlərə girərək yatanlara da hücum edib.

2005-ci ildə polis məmurları 2000-ci ildə baş vermiş beş cinayət hadisəsi yerində uyğun DNT nümunələri tapa biliblər. Daha sonra eyni şəxsin digər təcavüzlərlə əlaqələndirən daha yeddi DNT nümunəsi tapılıb. Onların kimə aid olduğunu müəyyən etmək üçün uzun illər lazım olub.

Təcavüzkarın Sidney ətrafında yaşayan 66 yaşlı Keyt Simms olduğu üzə çıxıb. Qohumları onu mehriban ər və ata kimi təsvir edir və onun ikili həyatı haqqında heç nə bilmədiklərini iddia edirlər. Simms 2022-ci ilin fevralında, DNT identifikasiyasından altı ay əvvəl vəfat edib.
 

21.11.2022 19:13
655