66139c840fad7202404242804
3, yoxsa 10 manat? - Fitrənin məbləği qalmaqal yaratdı

Aprelin 10-da Azərbaycanda Ramazan bayramının namazı qılınacaq. Bayram namazına qədər isə - öncəki gün və ya öncəki axşam evlərdən fitrə zəkatı çıxarılacaq, ehtiyacı olanlara yardım ediləcək.

İlahiyyatçılar deyirlər ki, oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir. İslam şəriətinə görə, istər varlı olsun, istər yoxsul, istər sağlam olsun, istər xəstə - fitrə zəkatını çıxarmaq hamı üçün savabdır.

Fitrə zəkatı bayramı namazına qədər çıxarılmalıdır, çünki ondan sonra verilən zəkat adi sədəqə sayılır.

Qlobal.net Yenisabah.az-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fitrə zəkatının pulla hesablanmış məbləği barədə açıqlama yayıb. QMİ tövsiyə edib ki, fitrə zəkatını pulla hesablayarkən adambaşına 10 manatdan götürmək məqsədəuyğundur.

“İmkanı olanlar bu məbləğdən daha çox hesablaya bilərlər. Maddi durumunu normallaşdırmış, borcları olmayan, ailəsini dolandıra bilən insanlar mütləq fitrə zəkatı çıxarmalıdır”, - deyə idarə rəsmisi bildirib.

Sosial şəbəkələrdə isə Qafqaz Müsəlmanları İdarəsinin açıqlanması tənqidlərə tuş gəlib.

İnsanlar fitrə zəkatının adambaşına 10 manatdan hesablanmasını çox hesab edirlər. Bu onunla əsaslandırılır ki, hazırda buğdanın 1 kq-ı 80 qəpik - 1 manatdırsa, ya da düyünün 1 kq-ı 3.50 - 6 manatdırsa, QMİ niyə fitrə zəkatının minimum məbləğini 10 manatdan hesablayır?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov özünün facebook hesabında məsələyə münasibət bildirib.

“Ramazanda xas əməllərdən biri də fitrə zəkatıdır. Dinimizə görə, hər bir müsəlman şəxs fitrə zəkatını verməlidir”, - deyən ilahiyyatçı deputat məbləğə də toxunub.

08.04.2024 11:47
show 439