644cfc3446fd0202304231500
3 nəfərin öldüyü, 8 nəfərin yaralandığı DƏHŞƏTLİ QƏZADAN GÖRÜNTÜLƏR - VİDEO

Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinin Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində müəyyən olunub ki, "Toyota" və "VAZ 2107" markalı avtomobil toqquşub, nəticədə "Toyota" markalı avtomobilin 6 sərnişini yaralanıb,  "VAZ 2107" markalı avtomobildə olan 5 nəfərdən 3-ü ölüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əlavə məlumat veriləcək.

29.04.2023 15:13
show 7490