67b9c0a4aeaa5202502251844

3 günün gəlini boşanır – Veriliş üçün oyun idi?

“Küçələrdə kim qalıb? Mən küçə adamıyam? Heç kim məni yiyəsiz görə bilməz. Danışanda Allahla danışın. Bir gün eləsiniz, bir gün belə. Mən küçə adamı deyiləm. Belə hoqqalara görə məni qəbul etmirlər. Bəsdir daha! Bitdi, boşanıram. Allaha and olsun, boşanıram”.

Qlobal.net xəbər verir ki, bu sözləri “Bizimləsən” verilişində məşhurlaşan Aygün adlı qadın deyib. 

O, bir neçə gün öncə ailə qurduğu Aslandan boşanmaq istədiyini açıqlayıb.

Qeyd edək ki, sözügedən verilişdə tanınan Aygün-Aslan cütlüyü 3 gün əvvəl təmtəraqlı şəkildə toy edərək ailə qurmaqlarını qeyd ediblər. Verilişin aparıcısı və qonaqlar da cütlüyə xeyir-dua verib, təbriklər səsləndirib. Ancaq Aygünün ailəsi məclisdə iştirak etməyib. Onun ailəsində olan narazılıqlara görə boşanmaq istədiyi iddia edilir.

22.02.2025 16:14
show 484