Merkuri və Yupiter planetləri qarşı-qarşıya qalacaq. Bu təsir 3 gün boyunca davam edəcək.
Qlobal.net xəbər verir ki, məşhur astroloqlar həmin astroloji hadisə ilə bağlı xəbərdarlıq ediblər.
Planetlərin qarşılıqlı təsiri nəticəsində insanlarda bir sıra yaddaş problemləri ortaya çıxa bilər. Həmçinin, əsəb və streslə bağlı olaraq bir çox hadisələrə ani, yersiz reaksiyalar verilə bilər. Xüsusilə, buna diqqət etmək lazımdır. Anlaşılmazlıq ehtimalının yüksək olduğu 3 günlük bir dövrə qədəm qoymuşuq. Böyük vədlər verməkdən çəkinmək lazımdır. Həddindən artıq optimist baxışla planları və layihələri qiymətləndirərkən mühüm detalları görməzlikdən gəlməmək üçün son dərəcə diqqətli olmaqda fayda var.
Yupiter şansla əlaqəli olduğundan yaxşı fürsətlərlə qarşılaşa bilərik, lakin acgözlük və ya həddindən artıq özünə inamlı olmaq itkilərə səbəb ola bilər. (yenisabah.az)