3 gün 13 saat davam edəcək – Əhaliyə xəbərdarlıq

Qarşıdakı 3 gün 13 saatlıq dövr, şəxsi inkişaf, sosial əlaqələr və karyera baxımından fürsətlər gətirəcək.
Qlobal.net xəbər verir ki, bu barədə tanınmış astroloq Dinçer Güner proqnoz açıqlayıb. O, bildirib ki, Yupiter və Günəş arasında harmoniya bucağı meydana gələcək:
“Bu müddətdə insanlar yeni layihələrə başlamaq, təqdimatlar etmək və özünü ifadə etmək üçün ideal şəraitdə olacaqlar. Eyni zamanda sosial münasibətlərdə də irəliləyişlər gözlənilir — dostlarla görüşlər, yeni tanışlıqlar və küsülü əlaqələrin bərpası mümkün olacaq. Həmçinin, cömərtlik artacaq, insanlar həm maddi, həm də mənəvi olaraq başqalarına yardım etməyə daha çox meylli olacaq. İş həyatında irəliləyişlər, yeni layihə təklifləri və ya gözlənilən təyinat xəbərləri də bu dövrdə mümkündür.
Ümumilikdə, qarşıdakı 3 gün 13 saat ərzində insanlarda motivasiya, özünəinam və ümumi pozitiv enerji yüksələcək, bu isə onları həm şəxsi, həm də professional sahədə uğura daha yaxın edəcək”. (yenisabah.az)