3 dekabr 2025 üçün günlük ulduz falı

Qlobal.net 3 dekabr, 2025-ci il üçün ulduz falını təqdim edir:
Qoç
Gizli qalan məlumatları ortaya çıxarmaq və ya başqalarının uzun müddət nələri gizlətdiyini hiss etmək şansınız olacaq.
Yeni tanışlarla tez dil tapa biləcəksiniz. Onların çoxu sizin ideyalarınıza maraq göstərə bilər və planlarınızı həyata keçirməkdə həvəslə dəstək ola bilər.
Günün ikinci yarısı xüsusilə tədbirlərə qatılan Qoçlar üçün uğurlu keçəcək. Fərqli insanlarla ünsiyyət qurmaq, həmçinin nüfuzlu şəxslərdə yaxşı təəssürat yaratmaq üçün əlverişli vaxtdır.
Buğa
Gün boyunca işləriniz daha rahat gedəcək, amma yalnız uğuru şansla deyil, obyektiv yanaşma ilə birləşdirəndə. Mövcud vəziyyəti düzgün qiymətləndirsəniz, həm uzunmüddətli məqsədlərə yaxınlaşa, həm də qarşıya çıxan məsələlərin öhdəsindən gələ biləcəksiniz.
Buğaların bir çoxu üçün insanlarla ünsiyyət qurmaq və münasibətləri tənzimləmək vacib olacaq. İntuisiya sizə nə vaxt güzəştə getməyin, nə vaxt isə prinsipial olmağın lazım olduğunu göstərəcək. Bunun sayəsində ailədə anlaşılmazlıqlardan qaça bilərsiniz.
Əkizlər
Əhəmiyyətsiz işlərə vaxt sərf etməyəcəyiniz üçün iş sahəsində ciddi irəliləyiş əldə edəcəksiniz. Bu gün bir neçə məsələni paralel şəkildə həll etsəniz belə, səhv etməyəcəksiniz. Yaradıcılığa ehtiyac duyan Əkizlər isə maraqlı layihə və ya iş təklifləri ala bilərlər.
Bununla yanaşı, gün ərzində əsəbi və səbirsiz ola bilərsiniz, bu da yaxınlarınızla münasibətləri bir az gərginləşdirə bilər.
Xərçəng
Planlaşdırdığınızdan daha çox iş görməyi bacaracaqsınız, lakin fasiləsiz işləməyə çalışmaq günortaya doğru enerjinizi xeyli azalda bilər. Bu səbəbdən bəzi məsələləri sonraya təxirə salmaq daha doğru olar.
Bu gün ətrafınızdakı insanlar həddindən artıq müdaxilə edə bilərlər, bu isə sizi narahat edəcək. Lakin emosiyalarınıza nəzarət etsəniz, onların köməyindən yararlanmaq üçün yaxşı imkanlar əldə edəcəksiniz. Sadəcə nə etmək lazım olduğunu daha aydın şəkildə izah etməyiniz kifayətdir.
Şir
Günün əvvəlində hər şey qaydasında olsa da, tam razı qalmayacaqsınız. Bir çox Şirlər bu saatlarda xüsusilə əsəbi və narahat olacaqlar və yalnız sakit insanlarla ünsiyyətlər rahat alınacaq. Vacib görüş və danışıqlar uzana bilər və prosesə təsir etmək çətin olacaq.
Günün ikinci yarısı daha xoş olacaq. Sıxıcı və yorucu bir işlə uzun müddət məşğul olan Şirlər yeni ideyalar və motivasiya tapacaqlar. Uzun müddətdir yaxınları ilə anlaşmayan Şirlər isə münasibətlərdə sülhü bərpa etmək yolunu tapa biləcəklər.
Qız
Özünüzü göstərmək üçün əla gündür. Bu imkandan yararlanan Qızlar yeni tərəfdaşlar və iş əlaqələri quraraq gələcəkdə yaxşı qazanc əldə edə bilərlər. Ulduzlar yaradıcı fəaliyyətlə məşğul olanlara da dəstək verir və yeni imkanlar açır.
Günün əvvəli asan ünsiyyət və anlaşma vəd edir, lakin axşam saatlarında əksinə, gərginlik arta bilər. Bəzən özünüz də lazımsız mübahisələrə səbəb ola bilərsiniz və ədalət axtarışınız qarşıdurmalar doğura bilər.
Tərəzi
Bu gün iş üçün çox münasibdir. Xüsusilə idarəetmə mövqeyində olan Tərəzilər ulduzların dəstəyini hiss edəcəklər. Komanda qurmaq, tapşırıqları düzgün bölmək və çalışanlarla münasibətləri nizamlamaq çətin olmayacaq. Digər Tərəzilərin də işi rahat gedəcək.
Görüləsi işlərin çox olmasına baxmayaraq, yorğunluq hiss etməyəcəksiniz. Axşam isə ictimai tədbirdə iştirak etmək üçün enerjiniz kifayət edəcək. Orada xoş tanışlıqlar mümkündür.
Əqrəb
Bu gün mürəkkəb məsələlərə aydınlıq gətirə bilərsiniz. İntuisiya sayəsində bəziləri sizi aldatmağa çalışan insanları tanıyacaq. Digər Əqrəblər isə pis niyyətli şəxsləri təsirsiz etmək üçün düzgün yol tapacaqlar.
İş və şəxsi münasibətlərdə müsbət dəyişikliklər mümkündür. Əvvəl sizi qane etməyən, lakin zaman keçdikcə etibarlı dost və tərəfdaşa çevrilə biləcək insanlarla tanış ola bilərsiniz. Axşam valideyn olan Əqrəblər üçün xoş xəbərlər gözlənilir.
Oxatan
Gərgin, amma maraqlı bir gün olacaq. Başqalarının işlərinə qarışmalı olacaqsınız və bəzən bu sizi yoracaq. Öz hədəflərinə fokuslanan Oxatanlar daşınmaz əmlak, media və ya xidmət sferasında uğurlu nəticələr əldə edə bilərlər.
Günün ikinci yarısı şəxsi münasibətlərdə daha aktiv olmağınız üçün əlverişlidir. Marağınız olan insan təkliflərinizə müsbət cavab verə bilər. İlk görüşə çıxacaqsınızsa, xoş bir axşam sizi gözləyir.
Oğlaq
Özünüzü çox da geri çəkməsəniz, iş sahəsində böyük irəliləyiş əldə edə bilərsiniz. Bu gün bacarıqlarınızı nümayiş etdirmək və gözlənilməz kreativ həllər tapmaq üçün ideal vaxtdır. İdeyalarınızı bölüşməkdən çəkinməyin — sizi dəstəkləyəcək insanlar çıxacaq.
Pul ilə bağlı müsbət xəbərlər mümkündür. Gözlənilməz mənbədən gəlir əldə edə bilərsiniz. Bəzi Oğlaqlara əməkdaşlıq təklifləri edilə bilər, amma qərar verməzdən əvvəl bütün şərtləri diqqətlə araşdırmaq vacibdir.
Dolça
Günün əvvəlində çoxlu insanlar sizinlə danışmaq istəyəcək və bu sizi yoracaq. Sakit qalmağa çalışın və hər kəsi diqqətlə dinləyin — faydalı məlumatlar öyrənə bilərsiniz. Karyera və iş məsələlərində yaxşı xəbərlər alma ehtimalınız yüksəkdir.
Günün ikinci yarısında bəzi planlar dəyişə bilər. Gündəlik işlərlə bağlı nəzərdə tutduğunuz səfər və ya əyləncələri təxirə salmalı ola bilərsiniz. Amma ciddi problemlərdən yayınacaqsınız.
Balıq
Bu gün diqqətinizi toplamaq çətinə başa gələ bilər. Adətən maraq doğuran işlər belə sizə yorucu görünə bilər. Yeni təcrübələrə can atan Balıqlar bəzən verdikləri sözləri belə unuda bilərlər ki, bu da münasibətlərə mənfi təsir edə bilər.
Günün əvvəli tək işləmək üçün daha uyğundur. Günün ikinci yarısında isə məsləhət və ya kömək üçün kiməsə müraciət etmək məntiqli olacaq. Yeni tanışlıqlar mümkündür və onlardan biri sonradan xüsusi bir əlaqəyə çevrilə bilər.
Fidan Məmmədli
Qlobal.net



