16.09.2021
21:23
90

3 böyük ölkə yeni saziş imzaladı: alyans quruldu

Loading...
ABŞ, Böyük Britaniya və Avstraliya müdafiə və təhlükəsizlik sahəsində saziş bağlayıb.

"Ölkə.Az” lenta-ya istinadən xəbər verir ki, hərbi və təhlükəsizlik sahəsinə aid olan yeni  müqaviləni ABŞ prezidenti Co Bayden, Böyük Britaniyanın baş naziri  Boris Conson və Avstraliyanın baş naziri Skot Morrison imzalayıblar.

Hərbi və təhlükəsizlik sahəsində yeni əməkdaşlıq alyansı AUKUS (Avstraliya, Böyük Britaniya, ABŞ) adını alıb.  Yeni yaranan alyansın hədəfi  Hind-Sakit Okean regionunda ümumi maraqları müdafiə etməkdir.

Üçtərəfli saziş əsasən tərəflər süni intellekt sahəsində informasiya və texnologiya, kibernetika və sualtı sistemlərində yeniliklər barədə informasiya mübadiləsi aparacaq. Tərəflər eyni zamanda uzaq məsafədən zərbə endirmək imkanlarını yaratmağı planlaşdırırlar. Bundan əlavə olaraq  tərəflər Çinə qarşı mübarizə və nüvə təhlükəsizliyi mövzusunu müzakirə etməyi planlaşdırırlar.

Loading...