653946ee02810202310234846
3 arvadını öldürdü: birini ütü ilə ... - TƏFƏRRÜAT - FOTO

Manisanın Saruhanlı rayonunda daha əvvəl hər iki arvadını öldürdüyünə görə həbs olunan və azadlığa buraxıldıqdan sonra nikahlı həyat yoldaşı Mutlu Menekşeni tərk edilmiş bir binanın girişinə basdırdığı iddia edilən Necati Akpınar haqqında hazırlanan iddianamə qəbul edilib.

Akpınar üçün ağırlaşdırılmış ömürlük həbs istənilib.

Xatırladaq ki, dekabrda Manisanın Saruhanlı rayonunda dini nikahlı həyat yoldaşı Mutlu Menekşeni onu öldürdükdən sonra tərk edilmiş bir binanın girişində basdırdığı iddia edilən 58 yaşlı Necati Akpınar üçün Saruhanlı Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamə  Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

Necati Akpınarın 1983-cü ildə birinci həyat yoldaşı Emine Akpınarı bıçaqladığı, 2003-cü ildə isə ikinci həyat yoldaşı Fatma Akpınarı ütü ilə öldürdüyü məlum olub. (milli.az)

25.10.2023 20:42
637