66264786ae5d7202404241830

29 yaşlı qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - ŞOK HADİSƏ

Türkiyədə 29 yaşlı qadın 19 yaşlı ögey oğlu ilə qaçıb.

Qlobal.net News24.az-a istinadla xəbər verir ki, bu barədə aparıcı Müge Anlının verilişinə şikayətçi qismində müraciət edən Umut Yetik məlumat verib.

O bildirib ki, kağız üzərində boşandığı ikinci həyat yoldaşı birinci evliliyindən olan oğlu Mustafa ilə qaçaraq 8 yaşlı qızları Melodi Nazı da özləri ilə aparıb.

Yetik oğlu və həyat yoldaşının bu planı 1 il öncə qurduqlarını vurğulayıb: "Tuğçe məni boşanmağa razı etdi. Boşansaq kosmetika mağazası açıb qadınlara edilən yardımlardan yararlanacağımızı deyərək məni inandırdı. Biz ancaq kağız üzərində boşandıq və ağlıma belə bir şey gəlmədiyi üçün uşağın qəyyumluğu anaya verildi. Onlar 10 aydır birlikdə olduqlarını öz sözləri ilə etiraf ediblər. Əgər bu qadın bu oğlumdan hamilə qalsa, mənim nəvəmi dünyaya gətirəcək”.


22.04.2024 15:16
show 653