29 kilo arıqlayan Abbas Bağırovun son halı - FOTO
Əməkdar artist Abbas Bağırov son günlər xeyli çəki alması ilə gündəmə gəlib. Qlobal.net axsam.az-a istinadən xəbər verir ki, sənətçi bu dəfə arıqladığını
vurğulayıb.
O bildirib ki, 29 kiloqram çəki atıb: "Bu nəticə 46 günə başa
gəldi. Amma son deyil. Əməliyyatsız, dərmansız, sağlam qida, yuxu və
idmanla oldu".
Bağırovun instaqram səhifəsində yayımladığı şəkilləri də
müzakirələrə səbəb olub. Fotolarda xeyli arıq görünən Abbasın bunu
fotoşopla etdiyi iddia olunub. O isə sualları cavabsız qoyub.
Qeyd edək
ki, A.Bağırov uzun müddət artıq çəkidən əziyyət çəkmiş və sonra
arıqlamışdı. O, pandemiya ərəfəsində yenidən kökəlmişdi.