27 yaşlı Məmmədəliyeva Nurlan Rəşid qızının sağlamlığına qovuşması üçün yardımınıza ehtiyacı var.
Ölkə.Az-a müraciət edən Nurlan bildirib ki, apreldə əməliyyat olunmasa, iflic qala bilər:
“12 yaşım olduqda ilk dəfə onurğamda əyrilik müşahidə olunub və Elmi-tədqiqat və Travmatologiya İnstitutunda müalicə alımışam. Lakin xəstəliyim getdikcə artaraq onurğanın əyriliyi (skalioz ) IV dərəcəyə qədər çatmışdı. Vəziyyətim pisləşdiyi üçün ayaqlarım da getdikcə tutulurdu. Təcili əməliyyat olunmalı idim, amma xərcləri qarşılaya bilmirdim. 2018-ci ildə xeyirxah bir nəfər xərcləri qarşıladı və əməliyyat olundum. Artıq əməliyyatımdan 5 il ötüb. 07.02.2023 tarixində son müayinəmə getdikdə onurğama yerləşdirilən implantların zədələnməsi nəticəsində onurğa sümüyündə qırılmalar yaranıb və iflic olma təhlükəsi ilə qarşı-qarşıyayam. Həkimin təcili olaraq əməliyyat gərəkdiyini desə də, maddi imkanım yoxdur”.
N.Məmmədəliyeva atasını 7 yaşında olanda itirdiyini, anasının isə 2020-ci il tarixində isə xərçəng xəstəliyindən dünyasını dəyişdiyini söyləyib:
“Ailənin tək övladıyam və hazırda heç kimim yoxdur. Evim yoxdur, Bakıda kirayə qalıram. Aldığım əməkhaqqı isə yalnız kirayə və dərman xərclərimi qarşılayır. Əməliyyat üçün isə 12 min dollar vəsait lazımdır. Öz müalicəmlə və anamın müalicəsi ilə əlaqədar dəfələrlə banklardan kredit götürmüşəm və hələ də həmin kreditləri ödəməyə çalışıram. Hazırda banklara ümumilikdə 8 min kredit borcum olduğu üçün artıq əlavə məbləğ də götürə bilmirəm. Ən gec aprel ayında əməliyyatım olunmalıyam”,- deyə o söyləyib.
Fotodakı onurğanın son halıdır. Sol aşağı küncdən də göründüyü kimi implant onurğa sümüyünü zədələyib və artıq sinirlərə toxunduğu üçün yeriməkdə çətinlik çəkir.
N.Məmmədəliyevanın sözlərinə görə, həkim artıq əməliyyat üçün həkim vaxt təyin edib:
“Lakin pulu tapa bilməsəm, qalacaq. Gecikdirmə isə iflic riskini arıtırır. Son bir ayda ağrılarım çox artıb. Son çarəm sizsiniz.
Xəstəliyimlə bağlı qeyd etdiyim bütün məlumatları müalicə aldığım Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalından və həkimim ortoped-vertebroloq Dr. Yusif Zeynalovdan təsdiq edə bilərsiniz”.
Bank hesabı: Unibank 4098094420076679
Əlaqə nömrəsi:0506008475