xəstə

26 yaşlı qız dəm qazından boğuldu

Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Qlobal.net xəbər verir ki, Şirvan sakini, 1998-ci il təvəllüdlü Məlikova Sərvinaz Mübariz qızı vanna otağında olarkən dəm qazından boğularaq ölüb.

Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya bölməsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

07.12.2024 17:27
show 448