"Bəzi müğənnilərin rəftarı düzgün deyil. Özlərini aparmaqları düzgün deyil, insanlarda qıcıq yaradırlar. Mənə də yekəxana deyirlər, amma deyiləm. Qıcıq yaradan müğənnilər var".
Qlobal.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Həmin Zaur" verilişində deyib. Müğənni tənqid edilən sənət adamlarından danışaraq, onların insanlardan qıcıq yaratdığını deyib.
V.Məhərrəmli aparıcı Zaur Kamalın "2500 manat banka qoymusan" sualına "2500 manat mənim elə cibimdə olur, o nə puldur. Bankda pulum yoxdur" cavabını verib.
V.Məhərrəmli ekranda nümayiş etdirilən 2500 manatla bağlı "Burada nöqtələr var, deməli 2 milyondur. Mənim o qədər pulum olsa, Los-Ancelesdə yaşayaram" sözlərini əlavə edib.