18.03.2021
21:38
1123

25 yaşlı bloqeri öldürən görün KİM İMİŞ - Cəsədi çılpaq halda TAPILIB - FOTO

Loading...

Moskva şəhərində keçirilmiş məhkəmənin qərarı ilə 33 yaşlı Maksim Qareyev 25 yaşlı bloqer Yekaterina Semoçkinanı öldürməkdə təqsirli bilinib.

O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qareyev çoxsaylı plastik əməliyyat keçirdiyi üçün "Ken kukla" kimi tanınırdı. 

Qeyd edək ki, 2019-cu ilin iyul ayında Rusiya paytaxtının şimalında mənzillərin birində çamadanın içərisində boğazı kəsilən çılpaq qız meyiti tapılıb. Öldürülən şəxsin 80 min izləyicisi olan bloqer olduğu müəyyən edilib. Qız Tibb Universitetlərinin birində təhsil alırdı və kirayədə yaşayırdı. 

Qızın cəsədi ev sahibi tərəfindən tapılmışdı. O, bloqerin valideynlərinin xahişi ilə evə baxmağa girmişdi. 

İstintaq zamanı qızın Qareyevlə əlaqəsi ortaya çıxıb. Sonradan gənc etiraf etmişdi ki, qız intim xidmətlər təklif edirmiş. O da bu məqsədlə Semoçkinanın evinə gedib. Lakin qız onun xarici görünüşünü dolamağa başlayıb. Bundan sonra Qareyev dözməyib və onu öldürüb.

Loading...