Türkiyədə, İstanbulun Beyoğlu rayonunda şübhəli qadın sevgilisi ilə gəldiyi oteldə yer tapmayıb. O, əvvəlcə işçi ilə mübahisə edib, sonra isə resepşn işləyən şəxsin mobil telefonu oğurlayıb. Oğurluq anları təhlükəsizlik kamerasına düşüb.
Qlobal.net bildirir ki, İstanbulun bir çox rayonunda çoxsaylı oğurluq hadisələrində adı keçən 25 yaşlı Arzu Çağlayan Cinayət Araşdırma Bürosu komandası tərəfindən yaxalanıb. Onun 63 cinayət işi törətdiyi, 25 hadisə üzrə axtarışda olması və 4 il 2 ay müddətində verilmiş həbs cəzası olduğu üzə çıxıb.
Murad
Qlobal.net