637e105ec50d2202211222150
25 yaşlı arvadını boşama səbəbi təəccübləndirir

Çində bir kişi hamilə olan 25 yaşlı arvadını ancaq qız uşaqları dünyaya gətirdiyi üçün boşanmaq qərarına gəlib.

Qlobal.net bildirir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

25 yaşlı Hu adlı qadın 15 yaşından əri ilə evli olduğunu bildirib. Evli olduqları müddətdə ona dörd qız doğub. Cütlüyün ilk qızı qadının 17 yaşında olanda dünyaya gəlib. Cütlük Quyçjou əyalətinin kənd yerlərində qeydiyyatdadır, lakin iş axtarmaq üçün Çjesyan əyalətinin Linhay kəndinə köçüb.

Səkkiz aylıq hamilə olan qadının sözlərinə görə, əri 3 ay əvvəl fikirləşib ki, arvadı ona yenidən qız uşağı doğacaq. Bundan sonra o, mənzildən çıxıb, kirayə haqqını ödəməkdən imtina edib və ona deyib ki, tezliklə boşanacaqlar.

"Həyat yoldaşım dedi ki, məndən boşanmaq istəyir, çünki qarnımın formasına görə yenidən qızım olacaq. Deyir ki, özü də çoxuşaqlı ailənin tək övladı olduğu üçün bundan qorxur. Dedi ki, ona oğlan dünyaya gətirməsəm, başqa qadın tapacaq", - çinli qadın izah edib.

Hu boşanmağa həvəslə razılaşıb. "Boşanmanın müsbət və mənfi tərəfləri var. Boşansaq, qızlarım və mən ondan sui-istifadəyə dözmək məcburiyyətində qalmayacağıq", - Hu deyib. O qeyd edib ki, əri ikinci qızına hamilə olanda onu tez-tez döyüb və aldadıb.

Cütlük boşandıqdan sonra bütün uşaqların Hu ilə qalacağına qərar verib. Ər uşaqları saxlamaq üçün ayda min yuan (140 dollar) ödəyəcək. "Heç olmasa, hələ də ağlını itirməyib. Mən onun qızları üçün bir qəpik də verməməsini gözləyirdim", - Hu deyib.

O, qızların təhsil haqqını ödəmək üçün çox çalışmalı və təvazökar yaşamalı olacağını vurğulayıb. Cütlük rəsmi şəkildə boşanmaq üçün ilin sonunda Quyçjouya evlərinə qayıtmağı planlaşdırıb. Çində boşanmaq, yalnız qeydiyyat yerində edilə bilər. (milli.az)

23.11.2022 16:20
443