photo_15288632
25 şəhidimizin adı bəlli oldu - FOTOLAR

Ermənistan ordusunun genişmiqyaslı təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının tabeçiliyində olan "Komando" birliyinin hərbçisi, Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994-cü il təvəllüd Fərid Kəmaləddin oğlu Mehbalıyevin, Qəbələ rayonu, Mıxlıqovaq kəndindən olan MAXE Babazadə Elşən Sahib Oğlunun, kapitan Saleh Qurbanovun, Naxçıvanın Şərur rayon Yengicə kənd sakini, 1997-ci il təvəllüd hərbçi Əli Cavad oğlu Əliyevin, Qazax rayonu Daşsalahlı kənd sakini, Gizir Kərimov Azad Zakir oğlunun, Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Şəmistan Sadıqovun, Qazaxın Kəmərli kənd sakini, 1993-cü il təvəllüd Azər Mustafa oğlu Məmmədovun, İsmayıllı rayonu Talıstan kəndindən olan Cavidan Bədəlovun, hərbi qulluqçu, Saatlı rayonu, Qara Nuru kənd sakini Ülvi Nəsirovun, XTQ giziri Səid Həsənovun, XTQ giziri Nəzər Əzizovun, MAXE Ümid İlqar oğlu Həsənovun, Zərdab rayonunun Kəndəbil kənd sakini, 1994-cü il təvəllüd Fərid Nofəl oğlu Rüstəmovun, Qazax rayonu Kəmərli kənd sakini, Yunis Qasım oğlu Kazımovun, Xaçmaz rayonu Əbilyataq kənd sakini, 1989-cu il təvəllüd baş gizir Elnur Faid oğlu Rüstəmovun, Qobustanın Sündü kənd sakini, 1997-ci il təvəllüd, XTQ giziri Vadim Alik oğlu Qocayevin və Abşeron rayon sakini, əslən Tovuz şəhərindən olan baş gizir Firuz Məzahir oğlu Əhmədovun, Zaqatalanın Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüdlü Sərxan Mübariz oğlu Ömərovun, Oğuz rayonunun Qarabaldır kənd sakini, Nail Adil oğlu Abbasovun,Sabirabadın Axtaçı kənd sakini, 1998-ci il təvəllüdlü İsmayıl Məhərrəm oğlu Budaqlının, Neftçalanın Bankə qəsəbəsinin sakinləri 2003-cü il təvəllüd hərbçi Elvin Elçin oğlu Abdullayev (yanaşı fotoda sağda) və hərbçi Rafael Rüfət oğlu Fətullayevin (yanaşı şəkildə solda),  

Bakının Yasamal rayon sakini, əslən Cəbrayılın Yarəhmədli kəndindən olan 1987-ci il təvəllüd hərbçi Ravil Mübariz oğlu Hümbətov və Kəlbəcər rayon sakini, 20 sentyabr 1999-cu il təvəllüdlü, leytenant Şirinov Ömər Muğan oğlunun, Şəki rayonu, Kiçik Dəhnə kənd sakini, 03.02.2003-cü il təvəllüdlü əsgər Qasımov Nihad Mehman oğlunun şəhid olduğu bildirilir. 

Qlobal.net xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Fərid Kəmaləddin oğlu Mehbalıyevin Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyevin əmisi nəvəsi olduğu bildirilir.

Allah Şəhidlərimizə rəhmət eləsin! 




13.09.2022 20:57
show 314