ABŞ-da Kaliforniya ştatından olan bir qadın 1999-cu ildə itən qardaşını jurnalda verilən elan sayəsində tapıb.
Qlobal.net bildirir ki, polis Doyle şəhərində itən qohumunu tanıyan bir qadının onlarla əlaqə saxladığını bildirib. Amerikalı qadın izah edib ki, ona Los-Anceles xəstəxanasında naməlum bir xəstə haqqında yazılmış məqalə göndərilib. Məqaləyə əlavə edilmiş fotoşəkildə qadın 25 il əvvəl itən qardaşını tanıyıb. Kişi danışmırdı və onun kimliyi müəyyənləşdirilməmişdi.
Aydın olub ki, hazırda kişi başqa bir xəstəxanadadır. Ondan alınan barmaq izləri, qadının qardaşının barmaq izləri ilə uyğun gəlib.
Kişinin ailəsi şəxsiyyətlərinin gizli saxlanmasını xahiş edib. Onun 25 il ərzində niyə itkin düşdüyü hələ məlum deyil.
Fidan Məmmədli
Qlobal.net