Son lokal antiterror tədbirləri zamanı Azərbaycan 192 şəhid verərək Qarabağda separatizmin kökünü tamamilə kəsib.
Son tədbirlər ilə həm də "böyük Ermənistan" ideyası ifalasa uğrayıb.
Artıq Qarabağın heç bir yerində qondarma qurumun əski parçaları dalğalanmır. Torpağa ilk olaraq ayaq basan oğullar onları cırıq-cırıq edib, ayaqlar altına sərdilər. Aydın səmalara isə üçrəngli, ay-ulduzlu Bayrağımız ucaldılıb.
"Xəzər TV"nin mövzu ilə bağlı "23 saat 43 dəqiqəyə 192 can" adlı süjetini təqdim edirik: