22 yaşlı Pərinin qətlinə görə tutulan şəxs peşəkar idmançıdır - FOTO
Gəncədə 22 yaşlı Pəri Allahverdizadə qətlə yetirilib.
Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki,
hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Əli Ceyhun oğlu
Allahverdizadə peşəkar idmançıdır
WKF karate növü üzrə bir sıra turnirlərin qalibi olmuş
Ə.Allahverdizadə Vətən Müharibəsində də iştirak edib və Şuşa, Füzuli və
Qubadlının işğaldan azad edilməsinə görə medalları ilə təltif olunub.
O,
ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirmiş.
Qeyd edək ki, hadisə Gəncə şəhər Şahsevənlər küçəsi 106
ünvanında baş verib.
2001-ci il təvəllüdlü Pəri Allahverdizadə boğaz
nahiyəsinin kəsilməsi səbəbindən vəfat edib. Gənc qızı kəsici-deşici
alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə
saxlanılaraq istintaqa təhvil verilib.