646c90a16e7f7202305230833
22 yaşlı gəncin protez dişi ağ ciyərinə batdı - FOTO

Amerika Birləşmiş Ştatlarında 22 yaşlı gəncin taxma dişi ciyərinə batıb. 

Uiskonsin əyalətində yaşayan gənc epilepsiya (beyindəki neyronların anidən və nəzarətsiz şəkildə boşalması) keçirən zaman gümüşdən olan pratezini udub. 

Bundan sonra o, şiddətli öskürək və ciyərlərində xışıltı olaması səbəbilə həkimə aparılıb. Orqanları rentgenə salınan zaman ağ ciyərində 4 sm uzunluğunda taxma diş aşkar edilib. 

Həkimlər gəncin ağ ciyərindəki protezi çıxarıblar. Müalicələr aparıldıqdan sonra isə o, xəstəxanadan evə buraxılıb. (baku.vs)

23.05.2023 14:07
1131