həbs

200-ə yaxın cinayət törətmiş qadın həbs olunmamaq üçün görün nə edib - Hər il...

İstanbulda ev soyğunçuluğu ilə bağlı axtarılan qadın saxlanılıb.

Qlobal.net Bayrampaşa qəsəbəsində 16 yanvar tarixində baş verən ev oğurluğundan sonra vətəndaşın polisə müraciəti əsasında araşdırmalara başlanılıb.

Polis əməkdaşları 51 fərqli iş yeri, ictimai nəqliyyat vasitələri və təhlükəsizlik kameralarının görüntülərini analiz edərək şübhəlilərin şəxsiyyətini müəyyənləşdirib. Ceylan Çiçək (36 yaş) və Belkız Ura (36 yaş) adlı şəxslərin tutulması üçün əməliyyat başladılıb.

Araşdırma zamanı hamilə olduğu müəyyən edilən Çiçək, polis evinə gəldikdə pəncərədən qaçmağa cəhd etsə də, zərərsiz şəkildə saxlanılıb.

Polis bölməsində aparılan araşdırmalarda məlum olub ki, Ceylan Çiçəyin 13 övladı var, 14-cü uşağa hamilədir, və onun 189 fərqli cinayət hadisəsi üzrə qeydiyyatı, 20 hadisəyə görə axtarışı, 12 il qəti və hamiləlik səbəbilə təxirə salınmış 472 il həbs cəzası mövcuddur.

İstintaqın ardından məhkəməyə çıxarılan Çiçək həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Məlum olub ki, bu qadın həbsxanadan çıxmaq üçün hər il hamilə qalır. Türkiyə qanunvericiliyinə görə, hamilə qadınların cəza çəkməsi təxirə salınır.

Belkız Ura barəsində isə 54 fərqli cinayətlə bağlı qeydiyyat olduğu və onun tutulması üçün əməliyyatların davam etdiyi bildirilib.

07.04.2025 12:26
show 368