Yulaf suyunun möcüzəsi haqqında bəlkə də çox insan bilmir. Bu qarışım
qanı yeniləyir, maddələr mübadiləsini normallaşdırır, böyrək
fəaliyyətini yaxşılaşdırır, immunitet sistemini gücləndirir.
Ümumiyyətlə, bu qarışım bütün orqanizmi canlandırır.⠀
Yulaf suyunu necə hazırlamaq lazımdır:
Bunun üçün sizə qabıqlı və qabıqsız yulaf lazımdır. İki növ yulafı
bərabər nisbətdə qarışdırın. Qabıqsız yulafı hətta tərkibindəki zəngin
maddələri daha yaxşı həzm etsin deyə üyüdə də bilərsiniz. Alınan
qarışıqdan 3 xörək qaşığı götürüb üzərinə 0,5 litr su tökün.
Daha sonra qarışımı ocağda qaynayana qədər gözləyin. Su qaynayan kimi
dərhal ocağın atəşini azaldın. Bundan sonra yulafları yavaş atəşdə daha
15-20 dəqiqə qaynadın. Qarışımı tam soyutduqdan sonra tənzivdən süzün və
yumşaq bir şəkildə sıxın.
Yulaf suyu hazırdır!
Susuzluq hiss etdiyiniz zaman bu qarışımdan için. Bu içkidən gündə
təxminən 2 stəkan qəbul edə bilərsiniz. Elə ilk gündən orqanizmin necə
fəallaşmasını, yorğunluğun yox olmasını və digər müsbət dəyişiklikləri
öz gözlərinizlə görəcəksiniz.⠀
Hər zaman sağlam olun!