Maraqlı

“20-ci əsrin ən yaraşıqlı oğlanı”nın faciəli həyatı…

Bu gün məşhur isveçli aktyor və musiqiçi Björn Andersen 70 yaşında dünyasını dəyişib

Qlobal.net xəbər verir ki, o, “20-ci əsrin ən yaraşıqlı oğlanı” kimi tanınırdı.

Onun faciəli həyatı haqda məlumatları təqdim edirik:

1955-ci ildə İsveçdə dünyaya gələn Björn Andresen uşaqlıq illərindən faciə ilə tanış olub. O, atasını heç vaxt görməyib, anası isə o hələ kiçik yaşda ikən intihar edib. Bu ağır itkidan sonra Björn nənəsi tərəfindən böyüdülüb.

Björn 15 yaşına çatanda onun qeyri-adi gözəlliyini fərq edən nənəsi onu aktyorluq karyerasına yönəltmək qərarına gəlib və film seçimlərinə aparıb. O seçimlərdən biri də məşhur rejissor Luchino Viscontinin “Venesiyada ölüm” adlı filmi idi. Visconti gənc Björnu görən kimi ona heyran olub və onu filmin baş rollarından birinə seçib.

Lakin bu hadisə Björn üçün parlaq bir başlanğıc deyil, həyatının ən qaranlıq dövrlərinin başlanğıcı oldu. Film çəkilişləri zamanı Visconti və bir çox digər set işçiləri tərəfindən mənəvi və fiziki istismara məruz qaldı. Çəkilişlər bitdikdən sonra Kann kinofestivalına dəvət olundu, lakin orada da eyni dərəcədə dəhşətli hadisə yaşandı — zorla bara aparıldı və bir qrup adam tərəfindən təcavüzə uğradı.

Björn bu travmatik xatirələri yaddaşından silmək üçün uzun illər mübarizə apardı, lakin heç vaxt tam unuda bilmədi. Bu hadisələr onun psixologiyasına və gələcək həyatına dərin izlər buraxdı. Şöhrət qazanmasına baxmayaraq, o, nə bu şöhrəti qəbul edə bildi, nə də ondan qaça bildi.

Filmdən sonra Visconti ilə əlaqəsini kəsən Björn Yaponiyaya köçdü. O dövrdə Yaponiyada çox məşhur idi və bir çox manga və anime obrazlarına ilham verdi. Amma burada da həyat ona mərhəmət göstərmədi — yenidən istismara məruz qaldı, hətta zorla narkotik maddələrə alışdırıldı.

Bu hadisələrdən sonra həyatının dağılmağa başladığını anlayan Björn vətəninə geri döndü. Bir neçə filmdə rol alsa da, setlərdə yaşadıqlarını unuda bilmədiyi üçün aktyorluğu tərk etdi.

Şəxsi həyatı da eyni dərəcədə acı dolu idi. Həyatının sevgisi ilə evlənib iki uşaq sahibi oldu, lakin uşaqlarından biri Aps (Ani Körpə Ölümü) sindromu səbəbindən dünyasını dəyişdi. Bu faciə Björnu tamamilə sarsıtdı, onu dərin depressiyaya və alkoqol asılılığına sürüklədi.

Bu hadisə, bəzən gözəlliyin bir nemət deyil, lənətə çevrilə biləcəyinin acı bir nümunəsidir.

Mənbə: The Guardian

Fidan Məmmədli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button