Cəmiyyət

18 oktyabra aid şeirlər

18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür. Sizə 18 oktyabra aid şeirlər təqdim edəcəyik.

Qlobal.net bildirir ki,  bu tarix Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla “Müstəqilliyin Bərpası günü” kimi qeyd edilir.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası dörd gün ərzində müzakirələr aparmışdır. Nəhayət, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini əsas götürərək, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilmişdir.

Müstəqillik günü

Müstəqillik bayramındır
Bu gün sənin, Azərbaycan!
Xoşbəxt, gülər məqamdır,
Yoxdur tənin, Azərbaycan!

Bu gün müstəqil bir ölkəsən,
Qonşulardan sən öndəsən.
Uğuruna böyük əhsən!
Safdır şənin, Azərbaycan!

Dünyaya səs salıb adın,
Şərəf ilə sən ucaldın.
Dirəyindir hər övladın,
Ucal, mətin Azərbaycan!

Neftin, qazın bir məlhəmdir,
Düşmənlərə min ələmdir.
Dostlarına çox kərəmdir
Sədaqətin, Azərbaycan!

Günü-gündən ucalırsan,
Ucalıqdan öc alırsan.
Solmaz demir, qocalırsan,
Yeni, dərin Azərbaycan!

—-
İki yaşlı körpə ikən
Sən boğuldun, can vermədin.
Qəddar, qansız nadanlara,
Şeytansifət insanlara
Könül, həyat, qan vermədin.
Sən yenidən cana gəldin
Yeni ölkə, diyar kimi-
Abadlaşdın, gözəlləşdin.
Açıb haqqa qollarını,
İşıqlatdın yollarını.
Gəzib yurdun sol-sağını,
O üçrəngli bayrağını
Qaldıraraq ucalara
Səs çatdırdın dosta, yara.
Zəhmətinə oldu əvəz-
Bu bayrağın bir də enməz!
Bu zamanın nidasıdır!
Məmməd Əmin dühasıdır!
—–

Ay-ulduzlu, gur şəfəqli,
Göz oxşayan, bər-bəzəkli,
Göy, qırmızı, yaşıl rəngli,
Dalğalanan bayrağımız.

Sən millətin qürurusan,
Odun şöhrət, sünbülün şan,
Yenilməzdir Azərbaycan,
Ucal hər an, bayrağımız!

Tanrı bizi darda qoymaz.
Gözəlliyə fələk qıymaz.
Səndən heç vaxt könül doymaz,
Məğrur dayan, bayrağımız!

Öz yerin var yer üzündə,
Bir bəzəksən el gözündə,
Şuşada, Cıdır düzündə,
Qalx, dalğalan, bayrağımız!

—–

Müəllif: Nəbi Xəzri
Göz açdığım qədim torpaq,
Dayağımsan sən dünyada.
Doğma anam, ey mehriban,
Ey qəhrəman, Azərbaycan!

Addım-addım qucağından
Odlu sellər çağlasa da,
Həsrət qaldın sən işığa,
Zaman-zaman, Azərbaycan!

Yadellilər damla-damla
Al qanını sordu sənin,
Kimlər sənin göz dikmədi
Torpağına, Azərbaycan!

Bayrağını endirdilər,
Ancaq özün əyilmədin,
Alqış bu gün o ucalan
Bayrağına, Azərbaycan!

 

Related Articles

Bir cavab yazın

Back to top button