Bu həftənin cümə gün 18 oktyabra təsadüf edir.
Qlobal.net bildirir ki, 1991-ci ildə oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Buna görə 18 Oktyabr Azərbaycanda "Müstəqillik Günü" kimi qeyd olunurdu. Bir neçə il həmin gün qeyri-iş günü hesab olundu.
2021-ci ildə Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olundu. Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" Qanunu təsdiqlədi.
Qanuna əsasən 28 May - "Respublika Günü"nün adı dəyişdirilərək "Müstəqillik Günü", 18 Oktyabr - "Dövlət Müstəqilliyi Günü"nün adı isə dəyişdirilərək "Müstəqilliyin Bərpası Günü" elan edildi.
Bundan sonra Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) isə iş günü olan bayram sayıldı.