qızıl

“18 evim, 18 kilo qızılım var” - Müğənni

Kobra Murat kimi tanınan qaraçı müğənni Murat Divandiler qonağı olduğu proqramda var-dövlətindən danışıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qazancını daşınmaz əmlaka və qızıla yatıran türkiyəli müğənni “18 kilo qızılım, 18 evim, 4 bağım var” deyib.

“18 evim, 18 kilo qızılım var” - Qaraçı müğənni

Davamlı olaraq qızıla sərmayə qoyduğu üçün həyat yoldaşının ona əsəbiləşdiyini bildirən sənətçi bildirib: "Mən trilyon dollarlıq adamam. 2 qızıl seyfimiz var. 18 kilo qızılımız var. Həyat yoldaşım deyir ki,  daha qızıl alma, kassalarımıza yerləşmir. Bütün bunları gündə 21 saat işləyərək qazanıram ”.

Müğənni nə üçün məhz Kobra təxəllüsü almasından da danışıb.
Öncələr dərzi, modelyer kimi fəaliyyət göstərdiyini xatırladan Murat deyib ki, “İlan” ləqəbi ilə tanınan çox varlı, lakin çox xəsis qadına ilan dərisindən libas tikdikdən sonra  məşhurlaşıb və qadın  onu  Kobra adı ilə cəmiyyətə tanıtdırıb.

"Bu ad mənə uğurlu gəldi. Hətta prezidentimiz hörmətli Ərdoğan bəy mənə "Kobram" deyir" - müğənni bildirib.

11.07.2024 15:50
show 1168