Eşq və münasibətləri idarə edən Venera planeti Qoç bürcünə daxil olub və bu əlaqə 29 aprelə qədər davam edəcək. Astroloqlar bu hadisənin 4 bürcə təsir edəcəyi və xüsusilə 18-19 aprel tarixləri barədə proqnoz veriblər.
Qlobal.net yenisabah.az-a istinadən bu müddət ərzində münasibətlər və sevgi mövzusunda kəskin dəyişikliklər yaşayacaq 4 bürcü təqdim edir:
QOÇ: Bürcünüzdəki Venera planeti 18 və 19 apreldə gələcəyinizlə əlaqə quracaq. Bu proses taleyinizdə olan biri ilə tanış olmağa, yaxud da keçmiş həyatınızdakı şəxslə yenidən qarşılaşıb, təsadüfi görüşməyinizə vəsilə ola bilər. Ancaq əmin olun ki, 18 və 19 apreldə başınıza romantik bir hadisə gəlsə, bu, mütləq Kainatın təsiridir! Evli Qoçlar üçün isə bu, münasibətlərdə yeni razılaşmaların ortaya çıxmasına səbəb olacaq.
BUĞA: Venera sizin planetiniz və idarəçinizdir. Bu səbəbdən onun hər hansı bir keçidi mütləq həyatınıza əhəmiyyətli təsir göstərəcək. Bu halda, 18-19 aprel tarixlərində keçmişinizdən xaricdə yaşayan və ya gizli münasibətdə olduğunuz bir şəxslə onlayn ünsiyyət qura bilərsiniz. Bəzi maliyyə öhdəliklərini aradan qaldırmaq sizin üçün vacib məqam olacaq və nəticədə məqsədinizə çatacaqsınız. Bu arada, mayın 25-də Mars tutulmasına çatdıqda, tərəfdaşınız münasibətinizdə növbəti addımı atmağa qərar verə bilər. Ona görə də 18-19 aprel tarixlərində anlaşılmazlıqlarla qarşılaşsanız, narahat olmayın.
QIZ:
18-19 aprel tarixlərində hökmdarınız Merkuri Venera ilə birlikdə olacaq, bu o deməkdir ki, tərəfdaşınızla parlaq görüş keçirə bilərsiniz. Çox güman ki, bu, sizdə ciddi fiziki cazibə yaradan bir insandır. Ya da siz və həyat yoldaşınız ailə psixoloquna müraciət edəcəksiniz. Bu, münasibətlərinizdə çox şeyə aydınlıq gətirəcək əla bir həlldir. 18-19 aprel tarixləri subay Qız bürcləri ilə aqressiv talib də gətirə bilər.
TƏRƏZİ:
Deyəsən, bəxtinizə bayram gəlir, çünki 18-19 apreldə münasibətlərinizdə həqiqətən vacib bir hadisə yaşayacaqsınız. Hökmdar planetiniz evlilik mövzusunda gələcəklə əlaqə qurur, bu o deməkdir ki, taleyin hökmü ilə bir insanla tanış ola bilərsiniz və ya o, sizə evlilik təklifi edə bilər. Həyatınız kəskin dəyişmək üzrədir.