Bəs hazırda məhkəmə prosesinin gedişi hansı
mərhələdədir və 16 yaşlı idmançı Turan Hüseynovu qətlə yetirən Ruslan
Səfixanov neçə il müddətinə azadlıqdan məhrum ediləcəyi gözlənilir?
Məsələ ilə bağlı Referans.az-a danışan Ruslan Səfixanovun vəkili Adəm
Məmmədov məhkəmə prosesinin gedişinin hələki bir qədər uzayacağının
gözlənildiyini və Ruslanın elədiyi əməldən çox peşman olduğunu bildirib: “Əlbəttəki Ruslanı elədiyi hərəkətə görə qınamamağımız mümkün deyil.
Lakin bunu da qeyd edək ki, elə Rusalanın özüdə bir uşaqdır. Bunlar
ikisi də cavan yeniyetmə olub. Bildirildiyi kimi də ikisi arasında olan
şəxsi münasibətlər zənnində dava ediblər və nəticədə Ruslan səfixanov
Turan Hüseynovu bıçaqlayaraq öldürüb. Hadisəni törətməkdə şüphəli
bilinən şəxsə, yəni Ruslana vəkillik etdiyimə görə inanın ki, günü bu
gün belə mənim telefonum susmur. Mənə zəng edirlər, təhqiredici mesajlar
yazırlar, amma bu mənim vəzifə borcumdur ki, o insanın hüquqlarını
qoruyum. İnsanlar elə düşünür ki, o müdafiə olunmamalıdır, tam
müdafiəsiz qalmalıdır. Lakin bu belə deyil. Onlar ikisi də gənc olublar
və heç kim istəməzdi ki, belə olsun. Mən özüm də Ruslanı elədiyi
hərəkətə görə çox danlamışam və o özü də törətdiyi əməldən, həqiqətən
çox peşmandır. Əvvəllər o qədər bu mövzuya fikir vermirdi, amma artıq
özüm də fikir vermişəm ki, çox peşman olub və günahını başa düşür”.
Adəm Məmmədov Ruslanın ala biləcəyi cəza müdətinin neçə il ola biləcəyi məsəsləsinə də toxunub: “Ümumiyyətlə
bildirmək istəyirəm ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən,
qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə 9
ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xuliqanlıq niyyəti ilə adam öldürmə, zərərçəkmiş şəxsin xidməti
vəzifəsini və ya təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə
olan adamı öldürmə 14 ildən 20 il müddətə azadlıqdan məhrum etmə və ya
ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda Ruslan 14-20
il arasında bir cəza müddəti alacaq. Ömürlük həbs ediləcəyini
düşünmürəm, çünki cəza təyin edilərkən şəxsin yaşı, şəxsiyyəti, ilk dəfə
cinayət törətməsi, səmimi peşmançılığı, cinayəti ağırlaşdıran və
yüngülləşdirən hallar və digər qanunvericiliklə müəyyən olunmuş
xüsusiyyətlər nəzərə alınır. İşi araşdıran məhkəmə faktiki halların
hamısına ətraflı qiymət verdikdən sonra bu barədə yükun məhkəmə aktını
qəbul edəcək".