16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir – Xoşqədəmin efirində ŞOK ETİRAF

“Səni axtarıram” verilişində hər kəsi şoka salan hadisə yaşanıb.
Qlobal.net xəbər verir ki, verilişə çıxan Gülnar adlı qadın müğənni qadının onu həyat yoldaşından ayırmaq istədiyini bildirib.
Gülnar 16 illik həyat yoldaşından ayrılmaq istəmədiyini bildirib.
Onun 3 övladı var. Gülnar “Uşaqlarım atasız qalamsın deyə həyat yoldaşımdan boşanmaq istəmirəm” deyə canlı efir zamanı qeyd edib.
Daha sonra qadın bildirib ki, həyat yoldaşı ona Mətanət adlı müğənni ilə xəyanət edir. Qadın sənətçi Gülnara 4 ildir sosial şəbəkədən yazır ki, ərindən boşansın.
Gülnar isə həyat yoldaşından heç vaxt boşanmayacağını açıqlayıb.
Efir zamanı müğənninin adının Mətanət olduğu deyilsə də, soyadı qeyd edilməyib.
Yenisabah.az məsələ ilə bağlı müğənni Mətanət Əsədova ilə əlaqə saxlayıb. Sənətçi yayılan iddiaların yalan və əsassız olduğunu bildirib. O, bu cür şərhlərin saxta hesablar vasitəsilə yayıldığını və məqsədli qarayaxma kampaniyası olduğunu vurğulayıb:
“Nə iddalar var bilmirəm. Siz haradan bilirsiniz ki, mənim haqqımdadır?! Şərh yazanlar hamısı “fake” (saxta) hesablardır və ölkədə 50 dənə Mətanət adında müğənni var!”