Maraqlı

152 nəfərin həlak olduğu dəhşətli təyyarə qəzası – 12 yaşlı qız necə sağ qaldı?

30 iyun 2009-cu ildə Komor adaları yaxınlığında  şimal sahilləri yaxınlığında Yəmən Hava Yollarına məxsus Flight 626 reysi ilə uçan Airbus A310 təyyarəsi okeana düşdü.

Qlobal.net bildirir ki, göyərtədə olan 152 nəfər həlak oldu. Qəzadan yalnız 12 yaşlı qız sağ xilas ola bilib.

Qəza baş verəndə 12 yaşlı Bahia üzməyi yaxşı bilmirdi və heç bir xilasedici vasitə ilə təmin olunmamışdı. O, təyyarənin qalıqlarından birinə tutunaraq dalğalı okean sularında 9 saatdan çox qalıb və nəhayət xilas edilmişdi. Onunla səyahət edən anası, Parisdən Komor adalarına yay tətilinə gedən Aziza Abudu qəza zamanı həlak olur.

Dünya mediası tərəfindən “möcüzə qızı” (“la miraculée”) adlandırılan Bakari hadisədən sonra Fransa hökumətinə məxsus Falcon-900 tipli xüsusi təyyarə ilə və nazir Alain Joyandetin müşayiəti ilə vətəninəə qaytarıldı. O, “Le Bourget” hava limanına enərkən atası Kassim Bakari və ailəsi ilə görüşdü, daha sonra Parisdə xəstəxanaya aparıldı. Müayinələr zamanı onun çanaq və körpücük sümüyü sınmış, dizlərində yanıq və üzündə yaralar aşkarlanmışdı.

Nazir Joyandet Parisdə jurnalistlərə belə demişdi:

“Matəm içində olsaq da, Bahia var. Bu, möcüzədir. Tamamilə qeyri-adi bir sağ qalma mübarizəsidir. Dünyaya böyük bir mesaj göndərir: demək olar ki, mümkünsüz heç nə yoxdur”.

Bahia müalicə və əməliyyatlardan sonra 3 həftə sonra xəstəxanadan çıxdı. 2010-cu ildə isə fransız jurnalistin köməyi ilə “Moi Bahia, la miraculée” (“Mən Bahia, möcüzə qız”) adlı xatirə kitabını nəşr etdirdi. Onun hekayəsinə əsasən film çəkmək istəyən Steven Spielberg-in təklifini isə qəbul etmədi.

Uşaqlıq və Təhsil

Bahia 15 avqust 1996-cı ildə Paris yaxınlığında yerləşən Évry şəhərində (Essonne bölgəsi) doğulub. Atası Kassim Bakari (1961-ci il təvəllüdlü) və anası Aziza Abudu Komor adalarının Ngnoumadzaha Mvoubari kəndindən idilər. Atası xidmətçi işləyirdi, anası isə evdar qadın idi.

Bahia ailədə dörd uşağın ən böyüyü idi: iki qardaşı – Badru və Badavi, bir bacısı isə Badian adlanırdı. O, müsəlman ailəsində böyümüşdü. Qəzadan sonra təhsilinə Parisdəki Collège Louise-Michel məktəbində davam etdi.

Uçuş və Qəza

Təyyarə Şahzadə Said Ibrahim Beynəlxalq Hava Limanına enməyə hazırlaşarkən, yəni təyinat məntəqəsinə bir neçə dəqiqə qalmış Qran Komor sahillərindən 14 km (9 mil) aralıda Hind Okeanına çırpıldı və parçalandı. Qəzanın səbəbi sonradan araşdırmalar nəticəsində pilot səhvləri və düzgün olmayan eniş yanaşması ilə əlaqələndirildi.

Sağ qalma mübarizəsi

Bahianın üzməyi çox zəif idi. O, təyyarənin gövdəsindən qalan bir parça üzərinə tutunaraq gecəni keçirdi. İlk anlarda digər sərnişinlərin səslərini eşitmişdi, lakin sonradan bu səslər kəsilib. Səhərə yaxın isə dərk etdi ki, suda tək qalıb.

Xilasetmə

Komor hökumətinin öz xilasedici gəmisi olmadığından, bütün özəl və kommersiya gəmilərinə yardım çağırışı edildi. Təxminən 9 saat sonra (səhər saat 11:00 radələrində) “Sima Com 2” adlı sərnişin gəmisi hadisə yerinə çatdı və Bahianı qalıqlar arasında tapdı.

Dənizçi Maturaffi Sélémane Libounah dalğaların güclü olması səbəbindən suya atılaraq onu xilas etdi. Daha sonra quru paltar və isti içki verildi.

Gəmi Bahianı Moroni limanına gətirdi və orada həkimlərə təhvil verdi.

Sonrakı həyat

Ertəsi gün Bahia Fransa hökumətinə məxsus xüsusi təyyarə ilə Parisə gətirildi. Burada Fransanın o vaxtkı prezidenti Nicola Sarkozi də onu xəstəxanada ziyarət etdi.

6 iyulda Komor adalarında qəzada həlak olanların xatirəsinə matəm mərasimi keçirildi. Prezident Ahmed Abdallah Mohamed Sambi hadisəni milli faciə elan etdi və Bahianı xilas edən dənizçini xüsusi cəsarət medalı ilə təltif etdi.

“Aviation Safety Network”un məlumatına görə, Bahia dünyada okean üzərində baş verən ən dəhşətli qəzalardan sağ çıxan yeganə sərnişindir.

Murad
Qlobal.net

Related Articles

Bir cavab yazın

Back to top button