64cd0d4aa9a1a202308233802
15 yaşlı qızın qatilinin ifadəsində müəmmalı məqam - "Başqa kişi ilə..." (VİDEO)

Türkiyədə anasının sevgilisi tərəfindən xüsusi amansızlıqla qətlə yetirilən Büşra cinayəti ilə bağlı qatilin ifadəsi dəhşətə gətirir.
Türkiyədə sevgilisinin qızını qətlə yetirən Taner ittihamları təkzib edib.

"Büşranın anası ilə 2016- ci ildə iş yerində tanış olmuşam. 2018-ci ildə romantik münasibətimiz başladı. Sevgilimin hər iki qızı ilə çox yaxşı münasibətim olub. Son vaxtlar ondan şübhələndim və izləyərək başqa kişi ilə əl-ələ tutduğunu gördüm.  Evlərinə gedib haqq-hesab çəkmək istəyirdim, qapını Büşra açdı və məni söyərək təhqir elədi. Qolundan tutub içəri apardım, susmaq bilmirdi. Qorxutmaq üçün mətbəxə keçib bıçaq götürdüm. Kravatda uzandığı yerdə məni təpikləməyə başladı, ayağım ilişdi üstünə yıxıldım, bıçaq da boğazına tuşlandı. Onu zorlamamışam, elektroşok tətbiq etməmişəm. 25 bıçaq zərbəsinin 24-ü mənə aid deyil. Evi mən yandırmamışam. Büşra öldüyünə görə peşmanam." deyə müttəhim öz ifadəsinə bildirib.
Məhkəmə işi ilə məşğul olan hüquqşünas isə bütün cinayətin məhz Taner tərəfindən törədildiyinin sübut olunduğunu bildirib: "30 illik iş həyatımda gördüyüm ən vəhşi cinayətlərdən biridir. Qatil isə cinayəti üstündən atmağa davam edir." (milli.az)

04.08.2023 18:35
show 431